Sumqayıtda ev yanıb

Sumqayıt şəhərində ümumi sahəsi 20 kv.m olan kürsülü birmərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, 1 otaqlı evin yanar konstruksiyaları və həyətində 30 kv.m sahədə quru ot yanıb.

Bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 12:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə