Yevlax və Tovuzda yanğın hadisəsi olub

Yevlax və Tovuzda yanğın hadisəsi olub

Yevlax və Tovuzda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yer alan xəbərə görə, Yevlax şəhərində ümumi sahəsi 268 m2 olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və dam örtüyü 134 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Tovuz şəhərində isə ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 m2 sahədə və 4 m2 sahəyə yığılmış 2 kub odun yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə