Dənizdə batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas edib

Dənizdə batmaq təhlükəsi ilə üzləşən  4  nəfər xilas edib
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 4 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə