Silah anbarında partlayış TƏCİLİ

Silah anbarında partlayış TƏCİLİ

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində silah anbarında yanğın baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya ya verilən məlumata görə, nəticədə ərazidə partlama müşahidə olunub.

Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir. İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə