Qazaxda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Qazaxda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Qazaxda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə dünən rayonun Ürkməzli kəndində qeydə alınıb. “VAZ 2107” və “VAZ 21099” markalı iki avtomobilin toqquşması nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəsarət alanlar Qazax rayon sakinləri, 65 yaşlı Sədaqət Əliyeva, 50 yaşlı Təhsin Həsənov, 23 yaşlı Kənan Məmmədov və 47 yaşlı Zülfüqar Əhmədovdur.Onlara tibbi yardım göstərilib. Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə