Paytaxtda transformator yanıb

Paytaxtın Xətai rayonunda transformatorda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, gücü 220 kVt olan transformatorun çıxış kabelləri 8 p.m və sahibi məlum olmayan tikilinin içərisində 8 kv.m sahədə məişət tullantıları yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə