Xətai rayonu ərazisindəki evlərin birindən hərbi sursat götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Xətai rayonu ərazisində yaşayan bir qadın 35-ci PB-yə müraciət edərək ərinin onu ölümlə hədələməsini və yaşadıqları evdə sursat saxlamasını bildirib.
Xətai RPİ 35-ci PB-nin əməkdşaları tərəfindən həmin evə baxış zamanı 29 ədəd patron, 2 ədəd giliz və 42 ədəd piston aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB