Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyinə görə, hadisə dünən rayonun Əyyublu kəndində qeydə alınıb. “VAZ” markalı avtomobil Əyyublu kənd sakini, 2005-ci il təvəllüdlü Kərimov Pərvin Habil oğlu və Bayramlı kənd sakini, Əyyublu kəndində qonaq gələn 2007-ci il təvəllüdlü Qəfərova Əfsanə Elşən qızını vuraraq öldürüb, sonra isə hadisə yerindən qaçıb. Hadisə uşaqlar küçədə oynayarkən baş verib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə