Tovuzda avtomobil piyadanı vuraraq qaçıb

Tovuzda avtomobil piyadanı vuraraq qaçıb

Tovuzda piyadanı vuran avtomobil hadisə yerindən qaçıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Kənd sakini, 1950-ci il təvəllüdlü İsmayılova Cəmilə Tapdıq qızı yaşadığı evin qarşısında markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub. Xəsarət alan piyada dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə