Bakı sakinlərini bıçaqla hədələyərək pul tələb edən şəxslər tutulub

Bakı sakinlərini bıçaqla hədələyərək pul tələb edən şəxslər tutulub

Paytaxt sakinlərini bıçaqla hədələyərək pul tələb edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, avqustun 22-də Binəqədi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Rasim Şirəliyevi bıçaqla hədələyərək pul tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.

Binəqədi rayon Polis İdarəsi 7-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Qüdrət İbrahimov tutulub.

Bundan başqa, avqustun 24-də Yasamal rayonunun Z.Xəlilov küçəsində 3 naməlum şəxs Bakı şəhər sakini Ceyhun Xəlilbəylini döyüb bıçaqla hədələyərək ondan 1000 manat pul alıb.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Vaqif Əliyev, Fərid İbrahimov və Abşeron rayon sakini Ruslan Ardatyev tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə