Dəmir yolu stansiyasından bolt-qayka oğurlayan şəxs tutulub

Dəmir yolu stansiyasından bolt-qayka oğurlayan şəxs tutulub

Ucarda dəmir yolu stansiyasından oğurluq edən şəxs tutulub.

SİA Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 24-də Ucar dəmir yolu stansiyası ərazisindən 66 ədəd rels altlığı və 154 ədəd bolt-qayka oğurlamaqda şübhəli bilinən Ucar şəhər sakini Orxan Əsgərov həmin əşyaları Yevlax şəhər sakini olan bir nəfərə satarkən saxlanılıb.

V.İmamquliyevə məxsus “QAZ-2401” markalı avtomobilə baxış zamanı 25 ədəd rels altlığı və 19 ədəd bolt-qayka aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə