Bərdədə ümumi sahəsi 120 kv.m olan birmərtəbəli evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə və dam örtüyü 35 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB