Xırdalanda evi qarət etmək istəyən şəxs tutulub

Xırdalanda evi qarət etmək istəyən şəxs tutulub

Xırdalanda evlərdən birinə qarət məqsədi ilə girməkdə şübhəli bilinən Saray qəsəbə sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərindəki evlərdən birinə gəlmiş naməlum şəxs ev sahibəsini bıçaqla hədələyib pul və qızıl əşyalar verməsini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Saray qəsəbə sakini Maqsud Əliyev tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə