Neftçalada transformator yanıb

Neftçalada yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Neftçala rayonu, Aşağı Qaramanlı kəndində gücü 250 kVt olan transformatorun yanar hissələri və ətrafında 20 m² sahədə kol-kos yanıb.

Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub.

Yanğın saat 04:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə