Xaçmaz rayonunda bədbəxt hadisə baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhərində yerləşən yeni yaşayış massivində evdə elektrik xətrini təmir etməyə çalışan 1963-cü il təvəllüdlü Hüseynov Hüseyn Həsən oğlunu elektrik vuraraq öldürüb.
Mərhumun meyiti ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB