Abşeronda yol qəzası baş verib

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Müşfiqabad qəsəbəsində qeydə alınıb.

"99 GP 739" dövlət nömrə nişanlı "Chevrolet -AVEO" markalı avtomobil qəsəbə ərazisində piyada keçidində piyadaya yol verərkən arxadan gələn KAMAZ markalı avtomobil idarəetməni itirərək həmin maşına çırpılıb. Hadisə nəticəsində "Chevrolet-AVEO" markalı avtompbil aşaraq yolun kənarına çırpılıb. Minik maşınında olan 2 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Qəza nəticəsində Bakı-Şamaxı yolunda tıxac yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə