Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərinin Nizami rayonunda 1 nəfərin intihar etmək məqsədi ilə beşmərtəbəli binanın 5-ci mərtəbəsinin damına çıxması barədə məlumat daxil olub. FHN-dən APA-ya verilən xəbərə görə, dərhal hadisə yerinə Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb, vətəndaş aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB