Dəvəçi-Şirvan mənzilində 4 vaqon relsdən çıxıb

Dəvəçi-Şirvan mənzilinin 2526-cı km-də dəmir yolu qəzası baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 23-də saat 04.00 radələrində Dəvəçi-Şirvan mənzilinin 2526-cı km-nin 9-cu piketində, Dəvəçi kəndinin ərazisində dəmir yolu keçidində relsin sınması nəticəsində yük qatarının sonuncu 2 vaqonu (yükü şirniyyat, makaron və vermişel olan) Şimal istiqamətində qarşıdan gələn yük qatarının sonuncu 2 vaqonuna (yükü olmayan) dəyərək relsdən çıxmışdır.

 

Nəticədə hər iki istiqamətdə qatarların hərəkəti dayanmış, vaqonlarda olan makaron və vermişel dağılıb. Görülmüş tədbirlər nəticəsində həmin gün saat 14.00 radələrində qatarların hərəkəti bərpa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə