Ağdaşda avtomobildən oğurluq edən yeniyetmə saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Ağdaş rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 17-də Binələr kəndi ərazisində kənd sakini Ülvi Baxışova məxsus “VAZ-21140” markalı avtomobildən açıq qalmış qapıdan girmək yolu ilə 121 manat pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini olan yeniyetmə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB