Avtobusda sərnişinləri silahla hədələyən şəxs axtarılır VİDEO

Avtobusda sərnişinləri silahla hədələyən şəxs axtarılır VİDEO

Avqustun 18-də saat 20 radələrində Binəqədi RPİ 7-ci Polis Bölməsinə zəng edən şəxs A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minmiş naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə və sərnişinlərə hədə-qorxu gəldiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dərhal görülən tədbirlərlə sürücü Gülağa Xudaverdiyevə qarşı odlu silaha bənzər əşya nümayiş etdirməklə xuliqanlıq edənin şəxsiyyəti müəyyən edilib və hazırda onun yaxalanması üçün zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi başlanılıb.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə