Neftçalada 56 yaşlı kişi intihar edib

Neftçalada 56 yaşlı kişi intihar edib

Neftçala rayonunda intihar hadisəsi baş verib.

SİA-nın məlumatına görə, hadisə rayonun Kürkənd kəndində baş verib. Kənd sakini, 1961-ci il təvəllüdlü Mütəllim Əhmədağa oğlu Cahangirov özünü yaşadığı evdə asıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə