"Milli Ön"dən pul oğurlayan qrupun digər üzvü də tutulub

"Milli Ön"dən pul oğurlayan qrupun digər üzvü də tutulub

Paytaxtda “Milli Ön” ödəmə terminalından pul oğurlayan qrupun digər üzvü də tutulub.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 40-cı Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də rayon ərazisindəki mağazalardan birindən 500 manat pul və tütün məmulatı, habelə orada quraşdırılmış “Milli Ön” ödəmə terminalından 385 manat pul oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü – əvvəllər məhkum olunmuş, Beyləqan rayon sakini Xəzər Hüseynov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə