Azərbaycanda zəlzələ olub

Samuxda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 03.15-də Gəncədən 18 km şimal-şərqdə, Samux rayonu ərazisində qeydə alınıb.

Yeraltı təkanların maqnitudası 3.6, dərinliyi 12 km olub. Zəlzələ hiss olunmayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə