Abşeronda 5 avtomobili qarət edən yeniyetmə saxlanılıb

Abşeronda 5 avtomobili qarət edən yeniyetmə saxlanılıb

Abşeron rayonunda avtomobillərdən oğurluq edən yeniyetmə yaxalanıb.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 9-da rayon ərazisində “Hyundai” markalı avtomobildən 60 manat pul, videoqeydiyyat qurğusu və velosiped oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini olan yeniyetmə tutulub.

Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində daha 4 avtomobildən pul, mobil telefon və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə