Yeniyetmə digər həmyaşıdını bıçaqlayıb

Yeniyetmə digər həmyaşıdını bıçaqlayıb

Avqustun 15-də Gədəbəy şəhərindəki parkda naməlum şəxs rayon sakini 14 yaşlı Turay Şabanova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, T.Şabanov xəstəxanaya aparılarkən yolda ölüb.

Gədəbəy rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, rayon sakini olan yeniyetmə saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə