2 ədəd tank əleyhinə raket aşkar edilib

2 ədəd tank əleyhinə raket aşkar edilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mütəxəssisləri avqustun 15-də Gədəbəy rayonunun Söyüdlü kəndində süni göl hövzəsinə baxış keçiriblər.

ANAMA-dan SİA-ya bildiriblər ki, baxış zamanı 33 ədəd müxtəlif tipli hərbi sursat, 2 ədəd tank əleyhinə raket (PQ-7S), 1 ədəd tank əleyhinə PQ-7 raketinin motor hissəsi və 30 ədəd 7.62 mm-lik patron aşkar edərək agentliyin mərkəzi məhvetmə ərazisinə gətiriblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə