DİN paytaxtda bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb

DİN paytaxtda bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb

Qaradağ rayonu ərazisindəki kafelərdən birində bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Qobustan qəsəbəsi ərazisindəki kafelərdən birində qəsəbə sakini Amal Zülfüqarov münaqişə zəminində həmyerlisi Qismət Məmmədliyə və digər 2 nəfərə bıçaqla xəsarət yetirib. Q.Məmmədli aldığı xəsarətdən hadisə yerində ölüb.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Zülfüqarov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə