Qazaxda güclü yanğın olub

Qazaxda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Qazax rayonu, Birinci Şıxlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m² olan kürsülu birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 03:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə