Müdafiə Nazirliyinin yük maşını aşıb, 1 nəfər ölüb, iki nəfər xəsarət alıb
Hərbi maşın qəzaya uğrayıb. Hadisə şahidlərinin SİA-ya bildirdiklərinə görə, hadisə bu gün günorta saatlarında Sumqayıt-Xızı yolunda qeydə alınıb. Araşdırmalar zamanı məlum olub ki, həmin maşın Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinə məxsusdur. Yük maşınının aşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev SİA-ya açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə nəticəsində 1 nəfər ölüb, iki nəfər isə xəsarət alıb. Hazırda həmin hərbçilərin adları dəqiqləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB