Dünən Qazaxda "UAZ" markalı yük avtomobilində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, avtomobilin kabinası və mühərrikində elektrik naqilləri qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB