Şəhər sakinlərindən heroin götürülüb

Şəhər sakinlərindən heroin götürülüb

Xəzər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən Bakı şəhər sakinləri Seyran Şahbazovdan və Həbib İbrahimovdan müvafiq olaraq 705 qram və 305,11 qram heroin götürülüb.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Göyçay polisidə eyni əməliyyatı həyata keçirib. RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ-Müşkürlü kənd sakini Firdovsi Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 10 ədəd çətənə kolu, yaşadığı evdən isə 452 qram marixuana aşkar edilərək götürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə