Vətəndaşlardan odlu silahlar müsadirə edilib

Vətəndaşlardan odlu silahlar müsadirə edilib

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini Ruslan Orucovdan “F-1” qumbarası, 8 ədəd avtomat patronu və 1 ədəd bıçaq götürülüb.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Hacıqabul polisidə analoji əməliyyat tədbiri həyata keçirib. Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xiləmirzə kənd sakini Ağanəzər Şirəliyevin evinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-12” markalı ov tüfəngi götürülüb.

Biləsuvar RPŞ və Dövlət Sərhəd Xidmətinin əməkdaşları da Səmədabad kəndi ərazisində Cəbrayıl rayon sakinləri Əfqan Allahverdiyevdən və Söhrab Balakişiyevdən 2 ədəd “TOZ-63” markalı tüfəng götürüblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə