Gəncədə iki avtomobil toqquşub

Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

“VAZ 2107” və “OKA” markalı avtomobillərin toqquşması nəticəsində şəhər sakini, 1969-cu il təvəllüdlü Qasımova Məhbubə Kazım qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğu üçün o reanimasiya şöbəsinə köçürülüb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə