Bakının Xəzər rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, rayonun Buzovna qəsəbəsində yaşayan Nikolay Makovskıy Markoviç qardaşı Valeri Lixaçov İqoriviç tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Valeri Lixaçov polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB