Bakıda yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin saytında yer alan məlumata görə, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 6 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB