Gənc oğlan dənizdə boğuldu

Gündüz saatlarında Xəzərdə batan şəxsin cəsədi aşkar edilib. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 2001-ci il təvəllüdlü Qasımov Salehin cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:05-də başa çatıb.​

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə