DİN qətllə bağlı məlumat yaydı

DİN qətllə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Sumqayıtda törədilən qətllə bağlı məlumat yayıb.

SİA DİN-in saytına istinadən verdiyi xəbərə görə, avqustun 7-də Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində şəhər sakini Sevda Bayramovanın meyiti tapılıb.

Sumqayıt şəhər Prokurorluğu və Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadının şəhər sakini Fəttah Nuriyev tərəfindən boğularaq öldürülməsi müəyyən edilib.

Görülən tədbirlər nəticəsində F. Nuriyev tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə