Kürdə batmış şəxsin cəsədi tapılıb

Kürdə batmış şəxsin cəsədi tapılıb

Avqustun 6-da Kürdə batmış şəxsin cəsədi bu gün səhər saatlarında tapılıb.

SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Kür çayının Ağstafa rayonu, Qıraq Kəsəmən qəsəbəsindən keçən hissəsində batmış, 1996-cı il təvəllüdlü Babayev Fayaz Haqverdi oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Əməliyyat saat 08:00-da başa çatıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə