Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə Sumqayıtda məişət tullantılarının kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, zibillənməsi hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçiriblər.
SİA-nın verdiyi məlumata görə, birgə keçirilmiş tədbirlər zamanı Sumqayıt şəhəri ərazisində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin yəni sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizə tələblərinə əməl edilməməsi tələblərini pozmuş şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub.
Qanunun tələblərini pozan müəssisənin 5000 manatdan 7500 manata kimi cərimə edilməsi nəzərdə tutulur. Eyni zamanda, mövcud çatışmazlıqların aradan qaldırılması barədə həmin təşkilata məcburi göstərişlər verilib.
Qeyd edək ki, şəhər ərazisində bu kimi tədbirlərin mütəmadi həyata keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB