111 ədəd çətənə kolu aşkar edilərək götürülüb

111 ədəd çətənə kolu aşkar edilərək götürülüb

Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazyan kənd sakini Camal Məmmədovun evinə baxış zamanı 540 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 111 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Uştal kənd sakini Rafiq Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 57 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə