Bakıda körpə beşmərtəbəli binadan yıxılıb. SİA-nın verdiyi məlumata görə, hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, 2 yaşlı İsmayılzadə Yusif Seymur oğlu Cəmşid Naxçıvanski küçəsi 35 ünvanında yerləşən beşmərtəbəli binanın 2-ci mərtəbəsinin eyvanının pəncərəsindən yerə yıxılıb. Nəticədə körpə kəllə-beyin travması alıb.
O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlər Y.İsmayılzadənin vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB