Tovuz rayonunda qonşular arasında dava düşüb. Report-un məlumatına görə, hadisə dünən rayonun Nəriman Nərimanov küçəsində baş verib.
Tovuz rayon sakini, Vüqar Vaqif oğlu Əsgərov hələ ki bilinməyən səbəbdən qonşusu ilə mübahisə edib. Bu zaman onun üz və çənə nahiyəsinə kəsici alətlə xəsarət yetirilib.
Xəstəxanaya yerləşdirilən yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib. Lakin xəsarət almış V. Əsgərov xəstəxanada tibbi yardımdan imtina edib və ona tibbi yardım göstərən həkimlərlə mübahisə edərək xəstəxanadan qaçıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB