Bakıda Türkiyə vətəndaşı qarət edilib. APA-nın məlumatına görə, paytaxtın Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən aptekin sahibi, Türkiyə vətəndaşı, 1964-cü il təvəllüdlü Canpolad Mehmet polisə ərizə ilə müraciət edərək 1000 ABŞ dolları, 520 manat və planşetinin naməlum şəraitdə oğurlandığını bildirib.
Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB