Zaqatalada iki avtomobil toqquşub Ölən var

Zaqatalada iki avtomobil toqquşub Ölən var

Zaqatala şəhərinin ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, avqustun 4-də saat 23 radələrində Zaqatala şəhərinin ərazisində rayon sakinləri Qulu Razıyevin və Rəsul Ramazanovun idarə etdikləri “VAZ” markalı iki avtomobil toqquşub. Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib, Q.Razıyev orada ölüb.

Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə