Masallıda avtomobil körpüdən aşıb, sürücü ölüb

Masallıda avtomobil körpüdən aşıb, sürücü ölüb

Masallıda avtomobil körpüdən aşıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avqustun 4-də saat 23 radələrində Masallı rayonunun Xırmandalı kəndi ərazisində rayon sakini Elmidar Mayılov idarə etdiyi “Seat İbiza” markalı avtomobili körpüdən aşırıb.

Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə