34 yaşlı kişi zəhərlənərək ölüb

34 yaşlı kişi zəhərlənərək ölüb

Bakıda 34 yaşlı kişi zəhərlənərək ölüb. SİA-nın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən məcburi köçkün düşərgəsində qeydə alınıb. Orada məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 1983-cü il təvəllüdlü İsmayılov Elcan Eldar oğlu alkoqol zəhərlənməsi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə