Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 100 kvadratmetr olan 2 otaqlı mənzilin hamamında lambirdən ibarət tavanı 8 kvadratmetr sahədə və su qızdırıcısı yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 08:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB