Qubada ağır yol qəzası 1 nəfər ölüb

Qubada ağır yol qəzası 1 nəfər ölüb

Quba şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, avqustun 3-də saat 1.00 radələrində Quba şəhəri ərazisində şəhər sakini Əvəz Məmmədov idarə etdiyi "Lada-Kalina" markalı avtomobillə yolu keçən həmyerlisi Rövşən Əliyevi vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Quba RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə