3 otaqlı ev yanıb

Cəlilabad rayonunda 3 otaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, rayonun Bəcirəvan kəndində vətəndaşa məxsus ümumi sahəsi 153 kv.m olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə