Bakıda maşın yolu keçən piyadanı vuraraq öldürüb

Bakıda maşın yolu keçən piyadanı vuraraq öldürüb

Bakı şəhərində piyadanı maşın vuraraq öldürüb. SİA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Aqil Məmmədov idarə etdiyi “VAZ-2107” markalı maşınla yolu keçən 1968-ci il təvəllüdlü Füzuli Bəşirovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə